Milli Olimpiya Komitəsində yeni təyinat
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) yeni təyinat gerçəkləşib.
Komanda.az xəbər verir ki, Günay Malikqızı MOK-un İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri təyin olunub. O, bu vəzifədə Əzizə İsmayılovanı əvəzləyib.
Malikqızı buna qədər “Park Bulvar AVM”-in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin