“Qəbələ”nin üzvü gümüş medal qazandı
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatını qazanıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağayev Niderlandın Eydhoven şəhərində keçirilən “Dutch Open”də fərqlənib.
68 kq çəki dərəcəsində mübarizə aparan Ağayev G1 kateqoriyalı yarışda finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici qarşılaşmada məğlub olan Cavad, gümüş medala yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin