Azərbaycan millisinin sabiq üzvü Almaniya klubunda
Azərbaycan milli komandasının sabiq üzvü Tuğrul Eratın yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın “Rot-Vayss” (Oberhausen) klubuna transfer olunub. Bu barədə Regional Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eratla müqavilə 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Tuğrul Erat yeni komandasında 17 nömrəli formanı geyinəcək. “Rot-Vayss”ın idman direktoru Padrik Bauder Eratın transferi haqda bunları deyib:
“Erat təcrübəsi ilə gənc oyunçularımızı meydanda istiqamətləndirən lider futbolçulardan biri olacaq”.
Son olaraq Türkiyənin “Bayrampaşa” klubunda çıxış edən Tuğrul Erat, 4 dəfə Azərbaycan milli komandasının formasını geyinib.
“Roy-Vayss”da Azərbaycan millisinin digər sabiq üzvü Cihan Özkara da çıxış edir.
Bizi Facebook-da izləyin