Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubundan ayrıldı
Azərbaycan milli komandasının sabiq futbolçusu Ufuk Budak çıxış etdiyi “Altınordu” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bununla bağlı “instagram” hesabında paylaşım edib. O, klubu tərk etdiyini açıqlayıb. Budakın “Altınordu” ilə müddəti bitən müqaviləsi yenilənməyib.
2019-cu ilin yayından “Altınordu”da çıxış edən Budak son mövsümdə Türkiyə 1-ci liqasında 26 matçda iştirak edib.
Ufuk Budak Azərbaycan milli komandasında 17 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin