Şahruddin Məhəmmədəliyev: “Üzr istəyirik”
Azərbaycan milli komandasının futbolçusu Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya uduzduqları oyundan (0:3) sonra “instagram”da paylaşım edib.
Komanda.az xəbər verir ki, 26 yaşlı qapıçı, məğlubiyyətə görə məyus olduğunu bildirib:
“Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin