Millinin məşqçisi “Dinamo” – “Neftçi” oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, millinin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Əsədov, sabah keçiriləcək qarşılaşmanı stadiondan izləyəcək.
“Dinamo” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin