Milli komanda Lüksemburqda “döyüldü”, AFFA rəhbərliyi Azərbaycanda söyüldü

Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

A qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə bundan əvvəl Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) uduzmuşdu.

Qrupun digər matçında Portuqaliya yığması İrlandiyanı sınağa çəkib. Bu qarşılaşma isə meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

DÇ-2022, seçmə mərhələ, 4-cü tur

1 sentyabr

A qrupu

Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.
Baş hakim: İrfan Pelyto (Bosniya və Herseqovina)

Lüksemburq: 1. Antoni Moris, 3. Enes Mahmutoviç, 8. Xristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodriqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Maykl Pinto, 18. Loren Yans (k), 21. Sebastien Till.
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Kevin Malje, 4. Florian Bonert, 5. Duayn Holter, 6. Rikardo Delqado, 7. Erik Veyqa, 11. Borges Sançes, 14. Maurisie Devill, 19. Aldin Skenderoviç, 20. Edvin Muratoviç, 22. Timote Rupil.
Baş məşqçi: Luk Holts.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 20. Filip Ozobiç, 21. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 14. Sertan Taşkın, 16. Anatoli Nuriyev, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

Portuqaliya – İrlandiya 2:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button