Azərbaycan kuboku: Final matçının nominal meydan sahibi bilindi

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər. PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən “Keşlə” nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final oyunu 24 may tarixində “Bank Respublika Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button