Azərbaycan kuboku: Son 14 mövsümün rekordu təkrarlandı
Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında məhsuldarlıq rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mərhələnin ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır.
Turnirin ilk matçlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol qeydə alınıb. Daha çox topun vurulmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub.
Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqləniblər. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
Bizi Facebook-da izləyin