Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazanıb
Azərbaycanın bədii üzgüçülük üzrə komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 31 medal qazanıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.
Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticəni göstəriblər.
Yarışa 8 ölkədən 15 klub və 200 dən çox idmançı qatılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin