
Azərbaycan komandaları AÇ-də mübarizə aparacaqlar
Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 20 yaşlıların (U-20) Avropa çempionatında güclərini sınayacaqlar.
Komanda.az xəbər verir ki, təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Polşanın Mislovitse şəhərinə yola düşüblər.
25-28 iyul tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, hər iki komandamız yarışa təsnifat mərhələsindən qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin