Azərbaycan klubunun kapitanı komandası üçün sponsor axtarır

“Quba” basketbol komandasının kapitanı Zaur Paşayev klub üçün sponsor axtarır.

Komanda.az xəbər verir ki, 42 yaşlı oyunçu bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Paşayev komandaya daha çox dəstək olmaq istədiyini deyib:

“Azərbaycan Basketbol Liqası (ABL) yüksək səviyyədə gedir. Belə çempionat demək olar ki, ölkə tarixində olmayıb. ABL-i 10, 2-ci liqanı 6 komanda etsələr, lap yaxşı olar. Çünki daha maraqlı alınacaq. Bir az da, sponsorlar axtarırıq. Özüm də sponsor axtarıram ki, komandaya dəstək olsun. Azərbaycan Basketbol Federasiyası da əlindən gələni edir. “Quba” federasiya tərəfindən maliyyələşir. Sponsor da tapsaq, lap əla olar. Bütün komandalar B qrupunda lider olmaq istəyir, biz də həmçinin”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button