
Azərbaycan klubu “sükan”ı Şimali Makedoniyadan olan məşqçiyə tapşırdı
“Naxçıvan” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Komanda Şimali Makedoniyadan olan mütəxəssis Nikola Bozinoskiyə tapşırılıb. 41 yaşlı mütəxəssis son olaraq “Şkupi” klubunda çalışıb.
Bozinoski 2023/2024 mövsümündə “Sabah” klubunda da işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



