Azərbaycan klubu 2 braziliyalı futzalçı ilə anlaşıb
“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.
22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. Henrike sonuncu dəfə vətənində AABB, Suares isə “ADİ İndaiatuba” klubunda çıxış edib.
Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.
“Baku Fire” 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin