Azərbaycan kikboksçuları AÇ-də uğurla çıxış ediblər

Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin İdman təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və “ZV Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, onlar Türkiyənin İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla 6 medal qazanıblar.

Azərbaycan idmançılarından Kənan Cəfərli (57 kq) lokek versiyasında qızıl medal qazanıb. Eyni versiyada çıxış edən Ramal Həsənli (81 kq) də yarışda birinci yeri tutub. “Fulkontakt” növündə mübarizə aparan Əli Əmirli (48 kq) turniri gümüş medalla tamamlayıb.

Azərbaycanın daha 3 idmançısı Rinat Qiyasov lokek, Bilal Nuriyev “Fulkontakt”, Tahir Abdullayev isə kik-layt versiyasında bürünc medalın sahibi olub.

Qeyd edək ki, Məmmədov və köməkçisi Mehdiyev WAKO versiyası üzrə kikboksinq təşkilatı tərəfindən yaxşı məşqçiliyə görə mükafatlandırılıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button