
Tokio-2020: Rafael Ağayev finalda!
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn Ağayev adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin