Azərbaycan millisinin üzvləri qran-pri turnirinə yollandı

Yeniyetmə, gənclər və böyüklərdən ibarət Azərbaycan karate millisinin bir neçə üzvü 26-27 mart tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qran-pri turnirinə yollanıb.

Karate federasiyasından Komanda.az-a verilən məlumata görə, qadınların baş məşqçisi Denis Morozov, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 11 idmançı var.

14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (-47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (-53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (-61 kq) mübarizə aparacaq.
Fidan Teymurova, İnci Əzizova (-50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə, Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınların yarışlarına qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button