Azərbaycan idmançıları Ermənistanı tərk ediblər

Yerevanda keçirilən Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.

Komanda.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a Ermənistanın idman nazirinin müavini Karen Giloyan məlumat verib:

“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ermənilərdən biri bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün bəyanat yayaraq, azərbaycanlı idmançıların təhlükəsiz şəraitdə vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button