Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

Bu barədə Komanda.az-a AHF-nin mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AÇ-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button