Azərbaycan güləşçisindən DÇ-də bürünc medal

20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatını Azərbaycan millisi 1 gümüş, 1 bürünc medalla başa vurub.

Komanda.az xəbər verir ki, yarışın son günündə İlkin Qurbanov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub.

Təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gələn güləşçimiz, həmçinin, gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, mundialın bürünc medalını qazanıb.

Xatırladaq ki, ötən gün Fərid Sadıxlı (55 kq) da dünya ikincisi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button