Azərbaycan güləşçisi Yakutskdan “bürünc”lə qayıdır

Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Roman Dmitriyev memorialı davam edir.

Komanda.az xəbər verir ki, ənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında 3 güləşçimiz ənənəvi yarışda xalçaya çıxıb.

Ayxan Abdullazadə (65 kq) 1/16 finalda rusiyalı Aytal Qromova 6:0 hesabıyla qalib gəlib. Güləşçimiz zədələndiyi üçün 1/8 finalda digər rusiyalı Daniil Bodnarla görüşdən məğlub ayrılıb.

Ağanəzər Novruzov (74 kq) 1/8 finalda rusiyalı Bair Tsıdenova tam üstünlüklə qalib gəlib – 12:2. Həmyerlimiz növbəti mərhələdə bu ölkənin digər təmsilçisi Amqalan Tsıdeyevi də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Novruzov yarımfinalda qazaxıstanlı Asxab Xadjiyevə minimal fərqlə (1:2) uduzub. Ağanəzər yerli idmançı Andrey Rumyantsevdən güclü olaraq (6:4), turniri bürünc medalla başa vurub.

İsmayıl Rəhimli (70 kq) 1/8 finalda Sergey Yakimova 6:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda təşkilatçı ölkənin digər güləşçisi Xabib Zavurbekova məğlub olub – 3:9.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button