Azərbaycan güləşçisi İstanbulda gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.
Komanda.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.
İyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin