Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi
Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Komanda.az xəbər verir ki, bu gün 60, 63, 82, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək.
Taleh Məmmədov isə (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. Təmsilçimiz Aleksey Masiki 9:1 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin