
Azərbaycan güləşçisi dünya ikincisi oldu
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



