Azərbaycan güləşçisi dünya çempionatının finalında
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı sona yaxınlaşır.
Komanda.az xəbər verir ki, mundialın 6-cı günündə son 3 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə Şri-Lankadan olan Oşanda Samaradivakaranı tam üstünlüklə (10:0) məğlub etsə də, 1/8 finalda kolumbiyalı Elkin Santaya müqavimət göstərə bilməyib – 2:12.
Xadjimurad Qadjiyev startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb – 13:2. Yığma üzvü 1/8 finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib – 10:0. Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
Vaxit Qalayev (125 kq) 1/8 finalda bolqarıstanlı Georgi İvanova 4:1 hesabıyla qalib gəlsə də, növbəti mərhələdə qazaxıstanlı Alişer Yergaliyə uduzub – 4:5.
Bu çəkilərdə medal görüşləri sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin