Azərbaycan güləşçilərininin Macarıstan sınağı
Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə “Qran-pri” keçiriləcək.
Komanda.az xəbər verir ki, reytinq xarakterli turnirdə ölkəmizi 3 pəhləvan təmsil edəcək.
Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) Macarıstanda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin