Azərbaycan güləşçiləri üçün DÇ öncəsi növbəti toplanış

Güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start verib.

Komanda.az xəbər verir ki, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.

Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər ayın 23-dək davam edəcək.

Qadınlarımız baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq.

Sərbəst güləşçilərimiz isə mayın 14-də Rusiyaya yollanıb. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı ayın 28-dək davam edəcək.

Komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button