Azərbaycan gimnastları birinci dünya çempionatında çıxış edəcəklər
Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında, həmçinin gənclər arasında birinci dünya çempionatında çıxış edəcəklər.
Komanda.az xəbər verir ki, hər iki mötəbər turnir 16-19 noyabr tarixlərində baş tutacaq.
Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova (batut gimnastikası), Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev (tamblinq) dünya yaş qrupları yarışlarında qüvvələrini sınayacaqlar.
Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) isə birinci dünya çempionatında Azərbaycanı təmsil edəcəklər.
Bizi Facebook-da izləyin