Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Batut gimnastikası üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Golden Jump” beynəlxalq turnirində iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma üzvləri bu məqsədlə Gürcüstana yola düşüblər.

Komandanın heyətində Fərhad Mustafayev, Samirə Hüseynova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Nicat Mirzəyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev və Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

“Golden Jump” turniri mayın 16-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button