Azərbaycan gimnastı Xüsusi Yay Olimpiya Oyunlarında “bürünc” qazanıb
Azərbaycanın bədii gimnastı Mehriban Tağıyeva Almaniyanın paytaxtı Berlində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, ilk dəfə yarışda ölkəni bu növdə təmsil edən idmançı çıxış etdiyi divizionda çoxnövçülük proqramında üçüncü yeri tutub.
Gimnast, həmçinin, ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin