“Bu səbəbə görə Bakıdakı insanların canlı futbol izləməyə layiq olmadıqlarını düşünürsüz?” – Müsahibə
UEFA prezidenti Aleksandr Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, Çeferin “Der Spiegel”ə verdiyi müsahibədə final matçının Bakıda keçirilməsinə olan etirazlara münasibət bildirib:
- Avropa Liqasının final matçının Bakıda keçirilməsinə sərt reaksiyalar oldu. Niyə Bakını seçdiz?
- Niyə seçməyək? Orda da insanlar yaşayır və futbolu sevirlər. Futbol təkcə İngiltərədə və Almaniyada deyil, hər yerdə sevilir.
- Azərbaycanda insan haqları fəalları həbs olundu. Final matçını burda keçirməklə düzəni “sığallayırsız”…
- Bu səbəbə görə Bakıdakı insanların canlı futbol izləməyə layiq olmadıqlarını düşünürsüz? Bundan başqa, insan haqları vacib bir problemdir, amma bu, digər Avropa ölkələrində də var.
- “Arsenal” erməni futbolçusu Henrix Mxitaryanı Bakıya aparmamaq qərarı verdi. Bununla bağlı nə düşünürsüz?
- Azərbaycan geniş təhlükəsizlik planı təqdim etdi. Buna baxmayaraq, belə bir qərar verildi. Gərginliklərin futbolu dayandırmasına icazə versək, heç bir şey təşkil edə biməyəcək vəziyyətdə olarıq. Terroristlərin vətəni olan Fransada Avropa çempionatı təşkil etdiyimizi unutmayaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin