Azərbaycan futbolunda azarkeşlərlə bağlı yeni QƏRAR
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək 1-ci divizionun 19-cu və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın 21-ci turundan etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə verilib.
Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Bizi Facebook-da izləyin