Azərbaycan cüdoçusundan qran-pridə bürünc medal

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pri turnirində bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button