Tokio-2020: Azərbaycan cüdoçusu 1/8 finalda dayandı

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib.

Uşangi 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button