
Azərbaycan cüdoçusu Praqada ikinci oldu
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Komanda.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib.
-100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



