Azərbaycan cüdoçusu erməni rəqibinə ipponla qalib gəlib

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

Bu barədə Komanda.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.

Daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button