Azərbaycan cüdoçusu AÇ-də bürünc medal qazandı
Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.
Komanda.az xəbər verir ki, 45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir.
Qitə çempionatının ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb. Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.
60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb.
Bu gün mübarizəyə qoşulan digər 2 idmançımız – Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin