
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki ilk rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşib.
Komanda.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.
Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Elşən Əsədov (66 kq) isə 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə
66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)
Beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək. Yarış sabah saat 08:00-da başlayacaq.
Bizi Facebook-da izləyin



