Azərbaycan cüdoçularından İspaniyada 4 medal

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər. Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar.

73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb.

Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button