
Azərbaycan cüdoçuları üçün Zaqreb sınağı
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə qran-pri turnirində iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.
Kişilər
-60 kq
Hüseyn Allahyarov
Murad Muradlı
-66 kq
İslam Rəhimov
Nazir Talıbov
-73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov
-81 kq
Vüsal Qələndərzadə
-90 kq
Aslan Kotsoyev
Vüqar Talıbov
-100 kq
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
Bizi Facebook-da izləyin



