Azərbaycan cüdoçuları üçün DÇ-də uğursuz gün

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.

81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/64 finalda Terense Kuamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button