Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri avqustun 19-dan 23-dək İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Komanda.az xəbər verir ki, hazırlıq prosesində millimizin gənc oğlanlardan və qızlardan ibərət 18 idmançısı iştirak edib.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button