Azərbaycan cüdoçuları Dünya Oyunlarını 3 medalla başa vurublar

Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.

Milli Paralimpiya Komitəsindən Komanda.az-a verilən məlumata görə, yığma yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb.

Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda isə Xanım Hüseynova (70 kq, J2) turniri ikinci pillədə başa vurublar. Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kq, J2) isə bürünc medala yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button