
Azərbaycan cüdoçuları dünya çempionatında 11 medal qazanıblar
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə veteranlar arasında keçirilən dünya çempionatında 11 medal qazanıblar.
Komanda.az xəbər verir ki, təmsilçilərimiz 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər.
Azərbaycan millisi mundialı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin