Azərbaycan çempionatlarının qalibləri bəlli oldu
Bakıda stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçirilib.
Komanda.az xəbər verir ki, tronqmen yarışları iki hərəkət və 3 çəki dərəcəsi, “strict curl” yeniyetmələr, gənclər, böyüklər və veteranlar yaş kateqoriyaları üzrə təşkil olunub.
Çempionatda ümumilikdə 70-dən artıq idmançı birincilik uğrunda yarışıb.
Stronqmen yarışlarında 95 kiloqram çəki dərəcəsində Osman Allahverdiyev birinci, Məhərrəm Qəhrəmanov ikinci olublar.
Çempionatda 110 kiloqram çəki dərəcəsində Nicat Hüseynov, Camal Əhmədzadə və Bəhruz Ələkbərov ilk üçlükdə yer alıblar. +110 kiloqramda Orxan Həsənzadə qızıl, Xəyal İsgəndərov gümüş medal əldə ediblər.
“Strict curl” yarışlarında “Open” kateqoriyada Kamal Məmmədov birinci, Sahib Bağırov ikinci, Cəlil Əliyev üçüncü olublar.
13-18 yaş kateqoriyasında Özcan Babazadə, Mehdi Hacızadə, Məhəmmədəli Tağıyev, 19-23 yaşlılar arasında Aman Təhməzli, Kənan Mürsəlov, Bəşarət Şükrullayev, 40 yaşdan yuxarı idmançıların mübarizəsində Finyaz Əlisultanov, Rəhman Qafarov və Tural Ağayev ilk üçlükdə qərarlaşıblar. Qadınların yarışında Asiya Həsənova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fəridə Paşayeva yarışı ikinci, Röya Səmədzadə isə üçüncü pillədə başa vurublar.
Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bizi Facebook-da izləyin