Azərbaycan Premyer Liqasında mövsümün ən gənc 5 futbolçusu
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün ən gənc 5 futbolçusu açıqlanıb.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarıda 18 yaşadək 2 futbolçu meydana çıxıb.
Hər 2 gənc oyunçu “Sumqayıt” klubunun üzvüdür. İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə siyahının ikinci pilləsindədir. İlk üçlüyü 18 yaş 58 gününüdə olan “Turan Tovuz”un oyunçusu Cavid Qasımov qapayır.
Mövsümün ən gənc 5 futbolçusu:
1. Nihad Əhmədzadə – “Sumqayıt” – 17 yaş 12 gün
05.08.2023. Səbail – Sumqayıt 1:4
2. Sənan Muradlı – “Sumqayıt” – 17 yaş 338 gün
08.12.2023. Sumqayıt – Qarabağ 1:6
3. Cavid Qasımov – “Turan Tovuz” – 18 yaş 58 gün
28.10.2023. Turan Tovuz – Kəpəz 4:0
4. Cavad Kərimov – “Kəpəz” – 19 yaş 20 gün
06.08.2023. Kəpəz – Neftçi 1:0
5. Nəriman Axundzadə – “Qarabağ” – 19 yaş 104 gün
05.08.2023. Qarabağ – Zirə 0:1
Bizi Facebook-da izləyin