Azərbaycan çempionatının tarixində dəyişiklik olub
Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixində dəyişiklik olub.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, iyunun 25-28-də təşkili nəzərdə tutulan çempionat 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışda iştirakı səbəbindən təxirə salınıb.
Dəyişikliyə əsasən, ölkə birinciliyi 16-19 iyul tarixində təşkil olunacaq.
Yarış üçün qeydiyyat iyunun 30-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin