Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı başa çatıb.
Komanda.az xəbər verir ki, yarışda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı öz güclərini sınayıblar.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda mübarizə aparıblar.
3 gün davam edən çempionatda Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov, Ayan Kələntərova və Nihad Yusibov kürsünün ən yüksək pillələrində yer alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin