Azərbaycan çempionatının 99-cusu
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub.
Komanda.az xəbər verir ki, qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsümdə Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub.
Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdir. 12-ci turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin