Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyi və çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün böyüklər arasında baş tutan çempionatda əldə etdiyi medalların sayına görə komandalar arasında ilk pilləyə “Gömrükçü” İdman klubu sahib çıxıb.
Sumqayıt komandası ikinci, “Marrin-Sport” üçüncü, “Neftçi” İ.C. dördüncü, R.U.G.İ.M isə beşinci pilləyə layiq görülüb.
760-dək yeniyetmə, gənc və böyük yaşlı taekvondoçuların iştirak etdiyi yarışda qaliblər diplom və medallarla təltif olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin